Antalyada güclü meşə yanğınları – VİDEObackend

Türkiyənin Antalya şəhərində güclü meşə yanğınları olub.

“Yeni Gündəm” xəbər verir ki, Manavqat bölgəsində baş verən meşə yanğınlarının söndürülməsində 15 vertolyot iştirak edir.

Bununla yanaşı, yanğınların söndürülməsi üçün 6 buldozer və 106 yanğınsöndürən maşın cəlb olunub.

“NTV”nin məlumatına görə, alovlar yaşayış binalarına çatıb və yaralıların olduğu bildirilir. Yanğın səbəbindən üç yaşayış sahəsinin sakinləri təxliyyə edilib.

Bildirilir ki, yanğın günün ikinci yarısında ən yaxın meşə massivinin iki nöqtəsində baş verib. Güclü külək səbəbindən alovlar böyük ərazilərə yayılıb. Yanğın hazırda yayılmağa davam edir.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli təbii fəlakətin baş verdiyi əraziyə yollanıb.