Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdibackend

1980-ci illərin sonlarında başlamış AzərbaycanErmənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. 

 2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – CəbrayılFüzuliZəngilanQubadlıAğdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.

 Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 19-da saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Krasnoselo rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovo yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutulduğunu bildirmişdi

  Məlumatda bölmələr tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görüldüyü də qeyd edilmişdir.

 Saat 13:00-da isə Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayaraq Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda antiterror tədbirlərinə başladığını bildirmişdir.

 Sentyabrın 20-də səhər saatlarında brifinq zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursatın Azərbaycan Ordusunun bölmələri tərəfindən qənimət olaraq götürüldüyünü bildirilmişdi. Sentyabrın 20-də, saat 13:00-da Azərbaycanın Müdafiə Nazirliyi hərbi əməliyyatların dayandığı ilə bağlı məlumat yaymışdır. Ermənistan Respublikası təslim olduğu qeyd edildi.

 Bakı Qızlar Universiteti/ Xəlilova Əlvan Natiq