Aparıcı meymunun hücumundan sonra studiyadan qaçdı — VİDEObackend
Misirli teleaparıcısı Lobna Asal meymunun hücumuna məruz qalaraq reportaj zamanı studiyadan qaçıb.

“Yeni Gündəm” “El Watan” qəzetinə istinadən xəbər verir ki, hadisə “Al Hayat” televiziya kanalının efirində baş verib.

Hadisə Asalın meymunla birlikdə studiyaya gələn misirli aktyor İbrahim əl-Sammandan müsahibə alan zaman baş verib.

El-Samman digər aparıcı ilə söhbət edərkən Asal meymunu əlində tutub. Qadın heyvanla oynamağa başlayıb, bu zaman meymun anidən ona hücum edib. O qışqıraraq meymunu özündən uzaqlaşdırmağa çalışıb. Sonda Asal studiyadan qaçdıb.

Yenigündəm.az