Apple qurğusu həyat xilas edirbackend

Apple Watch insanları avtomobil qəzalarından xilas etməyə davam edir.

Belə ki, Toqquşma Təsbiti funksiyası sayəsində Apple yol qəzası keçirən bir insanın həyatını xilas edib. Qəzanı təcili yardım qruplarına bildirən xüsusiyyət sayəsində vəziyyəti stabilləşən zərərçəkən Milwaukee şəhərindəki xəstəxanaya aparılaraq xilas edilib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Viskonsin ştatının Kanzasville şəhərində səhər saat 4 radələrində baş verən avtomobil qəzasında Apple Watch sürücünün onun köməyinə gəlib.

Qurğu həm öncədən toqquşmanın xəbərdar edib həm də avtomatik olaraq təcili 911 nömrəsinə zəng edərək, təcili tibbi yardım xidmətini dərhal çağırıb.

Təcili yardım briqadaları avtomobili stabilləşdirə, qəzada olan şəxsə köməklik göstərə bilmiş və xilasetmə işlərinə başlamışlar və işlər uğurla başa çatdırılmışdır.

Həmçinin qəza yerindən uzaqda olan və pis hava şəraitinə görə aşkarlanması çətin olan avtomobilin tapılmasını təmin edən bu xüsusiyyət bir insanın həyatını xilas edib.

Kanzasvill Yanğın və Xilasetmə Departamentinin rəisi Ronald Molnar deyib: “Qaranlıq və yola olan məsafəyə görə, Apple Watch olmasaydı, yəqin ki, avtomobil ən azı iki saat tapıla bilməzdi. Bu heyrətamiz texnologiyadır ki, bir insanın həyatına açıq şəkildə təsir etdi” deyib.

Mənbə: Ntv.Tr

Aynur Camal