Aprel şəhidinin ailəsi ilə görüşbackend

Aprel döyüşlərində şəhid olmuş qardaşımız 1994-cü il 14 Fevral təvəllüdlü Zərdab rayon sakini Nurlanın ailəsi ilə görüşdən olan yaşantıların təsirindən ayılmaq çox çətindir. Aprel döyüşlərində iştirak etmiş qazi qardaşımızla Röyal Əşrəfov və vətənpərvər soydaşımız Əzim Alxaslı ilə birgə qapıdan içəri girəndə atanın kövərlərək ağlaması məni o qədər sarsıtdı ki… Anamızın vaxtsız ağaran saçları gözümün önündən çəkilmir. Deyir ki azacıq özümü narahat hiss edın kimi gecə yuxuma gəlir. Ağbirçək nənəmizin gözünün yaşı qurumadı. Elə hey Nurlanın bacısının toyunu xatırladı. Son görüşlərini… Şəhilərimizin ruhu əbədi yaşayır və yaşayacaq. Bu ruha ehtiramla nəinki hər bir gəncimiz, hər bir insanımız onların adının hər zaman əbədiləşdirməsinə çalışmalıdır. İtirdikləri canın, torpağa millətə fəda etdikləri övladlarının adının əbədiləşdirilməsini arzu edirlər. Yaşadıqları küçəyə Nurlanın adının verilməsini arzu edirlər. Gələcək nəsillərin onu unutmaması üçün hansısa məktəbə Nurlanın adını verilməsini istəyirlər.

Süleyman Tanrıverdiyev