Apteklərdə satılan bu dərman saxtadır – FOTObackend

2022-ci ilin dekabr ayında ölkənin bəzi apteklərində qeyri-qanuni yolla, dövlət qeydiyyatında olmayan məhdud sayda MP5B060 seriyalı saxta Ozempik preparatının satılması haqqında məlumat vermişdik.

Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, hazırda apteklərdə monitorinqlər aparılır. Analitik Ekspertiza Mərkəzinin apardığı tədbirlərin nəticəsində son həftə ərzində saxta Ozempik preparatı aşkarlanmayıb.