AQSİA sədri ŞİMALİ Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi İlə görüşdü – FOTObackend

AQSİA sədri Səkinə Babayeva başda olmaqla bir qrup AQSİA üzvü ŞİMALİ Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganeri ziyarət ediblər.

”Yeni Gündəm” xəbər verir ki, KKTC nümayəndəsinin dəvəti ilə gerçəkləşən görüşdə qarşılıqlı iqtisadi əməkdaşlıqla, perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ticarət, turizm, mədəniyyət və bir çox sahələrdə əməkdaşlıq perspektivlərinə nəzər salınıb. Cəmiyyətlər və assosiasiyalar arasında, sahibkarlar arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.