ARB-dən İbrahim Məmmədovla bağlı – Açıqlamabackend
“ARB TV”​ kanalın sədr müavini İbrahim Məmmədovun yeni təyinatı ilə bağlı məlumat yayıb.

“Yeni Gundem”e daxil olan məlumatda qeyd edilir ki, bir neçə gün əvvəl Nazirlər Kabinetinin Mətbuat xidmətinə rəhbər təyin olunan İbrahim Məmmədov telekanaldan ayrılmayıb:

“İbrahim Məmmədov telekanalımızda işini davam etdirəcək və eyni zamanda analitik verilişin müəllifi kimi efirdə olacaq. “ARB Media Qrup”da bu cür təcrübə var. Telekanalımız mətbuat xidmətlərində çalışan peşəkar aparıcıların təcrübəsindən bəhrələnir. İbrahim Məmmədov da artıq yeni çalışdığı qurumda bununla razılığa gəlib və biz birgə işimizi davam etdirəcəyik”.