Argentina BRİKS-ə qoşulmurbackend

Argentinanın xarici işlər naziri postuna namizəd Diana Mondino ölkənin BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmasını istisna edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Argentinanın 2024-cü il yanvarın 1-də təşkilata qoşulub-qoşulmayacağı sualına o, “Xeyr, BRİKS-ə niyə belə maraq olduğunu bilmirəm” deyə cavab verib.

Bülletenlərin 86,59 faizinin hesablanmasının nəticələrinə əsasən, Argentinanın BRİKS-ə daxil olmasının və Rusiya ilə əməkdaşlığının əleyhdarı, ifrat sağçı siyasətçi Xavyer Mayli 55,95 faiz səs toplayaraq prezident seçkilərinin ikinci turunda qalib gəlib. Onun rəqibi, iqtisadiyyat naziri və sağçı namizəd Sergio Massa məğlubiyyətini etiraf edib.

Lakin, oktyabr ayında bildirmişdi ki, Venesuela assosiasiyanın genişlənməsinin ikinci dalğasında BRİKS-ə qoşulmağı planlaşdırır.

Mənbə: Lenta.Ru

Aynur Camal