Ariana Qrande azərbaycanlıya müraciət etdibackend

Dünyaca məşhur müğənni Ariana Qrande azərbaycanlı dizaynerlə əməkdaşlıq etməyə başlayıb.

“Yeni Gundem” xəbər verir ki, 26 yaşlı pop ifaçısı Türkiyədə fəaliyyət göstərən modelyer Rüfət İsmayıla müraciət edib. Bu barədə Rüfət “1-AzTV” şou proqramında məlumat verib:

“Həm Ariana, həm də rəqqasları üçün paltar hazırlayırıq. Dörd ay müddətinə dünya turuna çıxacaq.16 dizayner Ariananın geyiminin üzərində işləyir. O dizaynerlər arasında mən də varam. Artıq paltarlar iki həftəyə bitəcək. Hazırladığım libasları hansı konsertinə geyinəcəyi barədə məlumatım yoxdur”.