Arif Hacılının qardaşı polisə aparıldıbackend

Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı, partiyanın Məclis üzvü Mustafa Hacıbəyli polisə aparılıb.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə M.Hacıbəyli özü məlumat verib.

“Polis bölməsinə çatan kimi 5-ci bölmənin rəisi polislərə tapşırdı məni evə çatdırsınlar. DİN mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev telefonla bildirdi ki, bölməyə aparılmağım anlaşılmazlıq olub. Artıq evdəyəm. Davranışın necə olmasından asılı olmayaraq, bu, hüquq pozuntusu və təzyiqdir” – M.Hacıbəyli qeyd edib.