Arif Həbibi vəfat etdibackend

Əməkdar mədəniyyət işçisi Arif Həbibi dünyasını dəyişib.

“Yeni Gündəm” xəbər verir ki, 77 yaşlı aktyor, rejissor dublyajist ötən gün həyatını itirib.

Bu barədə A. Həbibinin ailəsi məlumat yayıb, başsağlığı diləyən hər kəsə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, mərhum aktyor Azərbaycan Kinematoqrafiya İttifaqının üzvüdür. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə edib.

Kinostudiyanın istehsal etdiyi bədii filmlərin və Vaqif Mustafayevin filmlərinin səsləndirilməsində məsləhətçi-rejissor olub. R.İbrahimbəyevin “Sınıq körpülər” filminin rus dilindən tərcüməçisi və səslənmə rejissoru kimi çalışıb.

Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs deyib. 10 ildən çox “Space” “Lider”, “ANS”, “ATV” telekanallarında çalışıb, 1000-ə yaxın müxtəlif filmləri dublyaj edib.