Arif Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn edilib – YENİLƏNİBbackend

13:35

Bu gücə vəfat edən Xalq artisti Arif Quliyev dəfn olunub. Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

——

11:59

Bu gecə vəfat edən Xalq artisti Arif Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Trend-ə mərhumun qızı Günel Quliyeva məlumat verib.

Mərhumla vida mərasimi keçirilib. Mərasimdə sənətkarın yaxınları işitirak ediblər.

Qeyd edək ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi, süni tənəffüs aparatına qoşulmuşdu.