Arıqlamaq istəyənlər bu qidaları yeməsinbackend

Qeyri-sağlam qidalanma müxtəlif sağlamlıq problemlərinə, o cümlədən çəki artımına səbəb ola bilər. Çəkisini idarə etməyə çalışan insanlar qida rasionuna xüsusi diqqət etməlidir. Belə ki, onların imtina etməli olacağı bir sıra qidalar var.

“Yeni Gundem” həmin qidaları təqdim edir:

Donustlar

Donustların bir çox mənfi xüsusiyyətləri var. Onların tərkibi çoxlu şəkər və undan ibarətdir. Bununla yanaşı, onlar hazırlandıqdan sonra qızardılır. Bütün bunlar isə sağlamlığa zərərlidir.

Kolbasa

Kolbasa bir çox ailələrin sevimli qidalarından biridir. Ancaq onların hazırlanmasında emal edilmiş ət, duz, yağ və konservantların olduğunu unutmayın.

Kokos yağı

Kokos yağı, zeytun və ya bitki yağın ilə müqayisədə daha sağlam bir alternativ kimi təqdim edilir. Amma təəssüf ki, onun tərkibində yüksək səviyyədə doymuş yağ var.

Kola

İnsanların əksəriyyəti tərəfindən sevilən içki olan kolanın tərkibində çoxlu şəkər olduğu üçün zərərlidir. Bu da artıq çəki və diş problemlərinə səbəb ola bilər.

Qızardılmış toyuq

Qızardılmış toyuq ürək xəstəliyi riskinizi artıran qidalardan biridir. Bundan əlavə, onun tərkibində çoxlu duz var ki, bu da qan təzyiqini normadan kənara çıxarda bilir.

Şəkərli meyvə şirələri

Meyvə şirələri tərkibindəki C vitamini sayəsində orqanizmə faydalı ola bilər. Ancaq bəzi şirkətlər içkilərə şəkər əlavə edirlər. Bu isə orqanizm üçün çox zərərlidir. Buna görə də məhsulu alarkən istehsal edən şirkətə diqqət edin.

Burger

Ağ un çörəkləri, işlənmiş ətlər, pendir, duzlu sous arıqlamaq və sağlamlıqlarını qorumaq istəyənlər üçün arzu olunmazdır.

Ağ şokolad

Ağ şokolad şəkərlə zəngin olan qidalar arasındadır. Arıqlamağa çalışırsınızsa bu qida qətiyyən tövsiyə edilmir. Ümumiyyətlə, arıqlamaq istəyənlər ağ şokoladdan uzaq durmalıdır. Bunun əvəzinə az şəkərli tünd şokoladı seçin, ya da tamamilə ondan qaçın.Lent.az