Artilleriyamız Ağdərəni və o istiqamətdəki yüksəklikləri viran qoydubackend
Səhər saatlarından başlayan döyüş hələ də davam edir. Cənub cəbhəsi uğurlu əməliyyatlarını davam etdirir. İran sərhəddinin tam bağlanması çox önəmli idi. O istiqamətdə dərinlik lap da artıb.
Şimal cəbhəsində artilleriya savaşı və mövqe döyüşləri gedir. Artilleriyamız Ağdərəni və o istiqamətdəki yüksəklikləri viran qoydu. Bu gün baş verənlər mütləq nəticə verəcək.
Hazırda Ağdamın sağ cinahından düşmən yaşayış məntəqələrini vururdu, Azərbaycan ordusu isə hər vasitə ilə cavab verir. Artıq gurultudan nələrdən atıldığını da tutmaq olmur.
Bir neçə gün yazmışdım, strateji qələbə tərəfimizdədir. Getdikcə bu faktikiyə də çevrilir.
Bir neçə istiqamətdə təminat yolları nəzarətimizdədir. Qazax, Tovuz istiqamətindəki qüvvələri də atıblar cəbhəyə, onlar da qırılır.
İlk müharibədə bizim 1973 təvəllüdlərimiz, demək olar, yoxa çıxmışdı. İndi də onların 2000-2001 təvəllüdlüləri qırmızı kitablıq olmaqdadır.
Əminliklə deyirəm, uşaqlar canavar kimi döyüşür.
Son iki gündür cəbhə bölgəsində yaşayanların dilində bir ifadə bitib :”Bir şey qalmayıb”.
Səxavət Məmməd