Arvadını güllələyərək öldürən polis barəsində YENİ FAKTbackend

Polis şöbəsində arvadını qətlə yetirən İsmayıl Məmmədov barəsində yeni faktlar məlum olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində danışıb:

“O, nümunəvi əməkdaş olub. Xocalı soyqırımının qurbanlarından biridir. Atası gözünün qabağında güllələnmiş və rəsmi olaraq ailəsini itirmiş şəxslər kateqoriyasına daxildir. İşlədiyi müddətdə isə hər hansı intizamsızlıq olmayıb.

Heç bir polis əməkdaşı, onun yaxın iş yoldaşları ailəsindəki narazılıq barədə məlumatlı olmayıblar”.

Qeyd edək ki, 30 sentyabr səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.