Arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayırbackend

Bakıda toyda qətl törətməkdə təqsirləndirilən Meyxoş Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Yeni Gündəm”-in xəbərinə görə, iş rayon prokurorluğunda yekunlaşdırılaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlim məlum deyil.

Qeyd edək ki, bu il iyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1977-ci il təvəllüdlü Meyxoş Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xatirə Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyxoş Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.