Sumqayıtda arvadını qətlə yetirməkdə təqsirləndirilən Orxan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Orxan Həsənovun arvadını hansı səbəbdən öldürməsi ictimaiyyətə qaranlıq qalıb.
“Yeni Gündəm” xəbər verir ki, lent.az həmin cinayət işi üzrə materialları əldə edib.
İttihama görə, hadisə bu il yanvarın 17-də Sumqayıt şəhərində yerləşən istirahət mərkəzinin kortecində baş verib. Orxan qısqanclıq zəminində arvadı Aişə Həsənovanı qətlə yetirib.
Təqsirləndirilən Orxan Həsənov ifadəsində bildirib ki, 2016-cı ildə Dağıstan Humanitar Universitetinin iqtisadiyyat fakültəsini bitirib və iki il sonra Aişə Həsənova ilə ailə qurub:
“Valideynlərimlə birlikdə Sumqayıtda yaşayırdıq. İlk əvvəllər aramızda problem olmurdu. Lakin Aişənin telefonuna mesajlar gəlməyə başladı. Baxdım ki, başqa kişilərlə yazışır. Arvadımın telefonunu əlindən alıb, valideynlərinə göndərdim. Həmin vaxt Aişə hamilə idi. Onu rayona ana və atasının yanına göndərdim. Fikirləşirdim ki, bəlkə qızlarına öyüd-nəsihət verərlər. Amma anası qızını tənbeh etmək əvəzinə bir-iki aydan sonra telefonu yenidən ona ötürdü”.
Orxan Həsənov deyib ki, iki ay sonra qayınatası ona zəng vurub qızının uşaq arabası almaq adı ilə evdən çıxdığını və geri qayıtmadığını deyib:
“Dedi ki, uşaq ağlayır, dayanmır, gəl uşağını apar. Həmin gün atamla birgə Yevlaxa getdik. Ayişəni axtardıq, amma tapa bilmədik. Arvadımın itkin düşdüyünü zənn edib Yevlax Rayon Polis İdarəsinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etdim, körpə övladımı da özümlə gətirdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu hadisədən təxminən 15-20 gün sonra Aişə zəng vuraraq, başqa bir oğlana qoşulub qaçdığını, oğlanın valideynlərinin onu qəbul etmədiklərini, incitdiklərini deyib: