“Arximed 19” – “Axına qarşı” – FOTOLARbackend

Noyabrın 13-də Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Arximed 19” layihəsi çərçivəsində şəxsi inkişaf seminarı keçirilib.

“Yeni Gundem” xəbər verir ki,“Axına qarşı” mövzusunda keçirilən seminarın əsas məqsədi gənclərin həyatda qazandıqları uğurların dəyərləndirilməsidir.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev iştirakçıları salamlayaraq tələbələrə təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə fəaliyyət sahələrində uğur qazanmış tanınmış şəxslər-Aytən Səfərova, Nəsimi Paşayev, Cəlalə Nəzəroğlu, Orxan Şahbaz və Vüqar Zifəroğlu öz təcrübələrini bölüşüb, həyat hekayələrindən bəhs ediblər.

Sonda layihə rəhbərləri və spikerlərə sertifikatlar təqdim edilib.