Arzu Abdulova: “Onlar quyruqlu qoyuna oxşayırlar”backend

“O qədər bədən şəkilləndirmə əməliyyatı etdiriblər ki, üzlərini çevirəndə arxadan yağlı quyruqlu qoyuna oxşayırlar”.

“Yeni Gundem” xəbər verir ki, bunu tanınmış aktrisa Arzu Abdulova Yenicag.az-a açıqlamasında deyib.

Sərt fikirləri ilə hər zaman şou aləmini bir-birinə vuran Arzu bu dəfə aparıcıları və müğənniləri hədəfə alıb:

“Son vaxtlar televizora baxa bilmirəm, çünki əsəbiləşirəm. Xüsusən də aparıcılar özləri deyir, özləri danışır, boş-boş gülürlər. Gülməli nəsə olsa, yenə dərd yarıdır. Qonaq dəvət edib, yazıq qonağa ağzını açmağa imkan vermir. Mən anlamıram ki, o insanlar elə aparıcının verilişinə niyə gedirlər, özlərini də biabır edirlər. Efiri toyxanaya çeviriblər. Səsi, sənəti olmayan gündə bir müğənni çıxır. Baxırsan, hamısı da ora-burasın düzəltdirib, reklam olunmaq üçün hər yola əl atır. Bunun bir adı var – biabırçılıq.

Əslində estetik əməliyyatlara pis baxmıram, özüm də etdirmişəm. Əgər bədəndə sonradan yaranan problemlər varsa, yaxud da müəyyən deffektləri aradan qaldırmaq lazımdır. Amma qədərində. Bunlar o qədər bədənşəkilləndirmə əməliyyatı etdirirlər ki, üzlərini çevirində arxadan yağlı quyruqlu qoyuna oxşayırlar”.

Aktrisa veriliş və serialları da tənqid atəşinə tutub:

“Bir-iki verilişi çıxmaq şərti ilə qalanı keyfiyyətsizdir. Verilişlərə də, elə verilişə gələn qonaqlar-müğənni və aktyorlara da nəzarət olunmalıdır. Aparıcılara baxırsan, makiyajları bərbad halda, gözlərinin qarası üzlərinə yayılıb, sanki yuxudan durub efirə qaçıblar. Bəziləri də geyimini bilmir. Normal layihələr, şoular yox həddindədir. Verilişlərin çoxu bir-birinə bənzəyir. Hansı sosial verilişə baxırsan, bu onu, o bunu təhqir edir. Biri boşanır, biri özünə ər axtarır. Seriallar da eyni bərbad vəziyyətdədir. Qışqıra-qışqıra danışır, süni, bayağı oyun tərzi nümayiş etdirirlər”.