Arzu Bağırova Azərbaycan xalqını təbrik etdibackend

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Yeni Gündəm” xəbər verir ki, QHT sədri bununla bağlı “Facebook” hesabında paylaşım edib.

Əziz həmvətənlərim, sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm!

Həmrəyliyimizin davamlı olmasını arzulayıram. Məhz milli həmrəyliyimiz Ali Baş Komandanın rəhbərliyi ilə bizi qələbəyə apardı, işğal altında olan torpaqlarımız azadlığına qovuşdu.

Həmrəyliyimizin daimi olması diləyi ilə hər birinizə cansağlığı, gələcək işlərinizdə uğurlar arzu edirəm. – paylaşımda qeyd edilib.Asiya.az