Arzular çin olur-Qalib xalqın müqəddəs günləribackend

Son 50 ilin müharibələr tarixinə fikir versək görərik ki, başlanılan bir çox hərbi əməliyyatlar münaqişələrin sonlanmasına deyil, daha da alovlanmasına gətirib çıxarıb. Amma cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxarıb. Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir. Bunu təkcə dostlarımız deyil, hətta bizim uğurlarımıza qısqanclıqla yanaşanlar da etiraf edirlər.

İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu Qələbənin şanına dastanlar, romanlar və elmi əsərlər yazılacaq.

Buna da tam haqqımız var. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.

Bu gün qalib xalq Novruz bayramını qeyd edir. Haqlı olaraq fəxr edir ki, azərbaycanlıyam.

“Prezident cənab İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirdi, Azərbaycan xalqının qürurunu, mənəviyyatını, kimliyini özünə qaytardı. Ölkə başçımız torpaqlarımızı düşmən işğalından qurtaran Müzəffər Ali Baş Komandan, cəsur sərkərdə kimi adını Azərbaycan tarixinə yazdırdı”.

Bu sözləri “Yeni Gundem”- ə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı artıq 3 ildir Novruz bayramını işğaldan azad edilmiş torpaqlarımızda da qeyd edir.

“Novruz Azərbaycan xalqının mədəniyyətini, adət ənənələrini, mədəni dəyərləri özündə birləşdirən bir bayramdır. Prezident cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman xalqımıza məxsus milli dəyərlərə, adət – ənənələrə böyük hörmət və diqqətlə yanaşırlar. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, xalqımıza məxsus milli dəyərlərimizin dünyada tanınmasında misilsiz əməyi var. Məhz Mehriban xanım Əliyevanın böyük əməyi və səyi nəticəsində Novruz bayramı UNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentiv siyahısına daxil edilmişdir. Novruz bayramı həmçinin bütün bəşəriyyətin mənəvi dəyəri hesab edilir. BMT Baş Assambleyası mart ayının 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir. Məhz Mehriban xanım Əliyevanın sayəsində Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahısına daxil edilmiş, qorunma altına alınmışdır. Bununla yanaşı Mehriban xanımın səyi nəticəsində Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, kəlağayı sənəti, Lahıc misgərlik sənəti də UNESKO nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentiv siyahısına daxil edilmişdir.Ölkə başçımız hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayır və bu bayramda işğaldan azad edilmiş torpaqlarımıza səfərlər edir. 2021-ci il martın 20-də Prezident cənab İlham Əliyev Şuşada Cıdır düzündə tonqal alovlandıraraq Azərbaycan xalqına müraciəti və bir daha “Şuşa sən azadsan”, “Şuşa Azərbaycandlr”, “Qarabağ Azərbaycandlr” deməsi hər bir azərbaycanlıya qürur hissi yaşatdı. 2022-ci ildə ölkə başçımız Novruz bayramında Suqovuşana səfər etmiş və buradan da Azərbaycan xalqına öz təbriklərini söyləmişdir.2023 -cü ildə isə ənənəyə uyğun ölkə başçımız İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə səfər edərək Novruz tonqalını alovlandırdılar.”-deyə o qeyd edib.

Fərahim Rəhimov