“ASAN xidmət”də yeni təyinat olubbackend

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN xidmət) yeni təyinat olub.

”Yeni Gündəm”-in məlumatına görə, Turanə Qasımova “ASAN xidmət”in Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, indiyə qədər Turanə Qasımova ABAD-ın Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsində çalışırdı. Hələ ki, onun yerinə təyinat yoxdur.