ASAN10İL: Peşəkar xidməti ilə milyonların axın mərkəzibackend

Elə düz deyiblər, keçmiş keçmişdə qaldı.Bəzən keçmişdən danışanda xoş xatirələri yada salırıq.Təssüf hissi ilə demək zərurətindəyəm ki, ötüb keçən keçmişin öz qüsurları olub.Bəlkədə biz bu gün onları görmürük yaşamırıq deyə, bizə acı xatırladır.

Görünən mükəmməl həqiqət odur ki, ortada yer və göy arasında fərq var.

Məsələn kimin ağlına gələrdi ki, şəxsiyyət vəsiqəsi almaqdan ötrü günlərimizi qəbullara həsr edək, rəsmi sənəd almaq üçün saatlarımızı ona qurban verək.və .s

Artıq olub keçən problemlərin hamısını sadalamıram.Çünki müəyyən problemlər öz həllini tapıb.

Bütün bunları dəyişdirən nə oldu?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 il bundan əvvəl fərmanı.

Prezidentimizin həmən fərmanı ilə ölkəmiz yeni bir sistemə keçid etdi.Özündə müasirlik, şəffaflıq və sayıb bitirə bilmədiyimiz onlarca müsbət xidmətləri birləşdirən ölkəmizin tək xidmət ünvanı “Asan Xidmət”.

O gəldi, onun başqalarından bir fərqi oldu.Oda heç kimə oxşamamasıdır.Öz yolu, ideyası və öz vəzifələrini yerinə yetirən vahid mərkəz oldu.

Təbii ki, hər şey düşüncədən aslıdır.Əminliklə deyə bilərik ki, ”Asan Xidmət” tam demokratik düşüncə aşılayan nəhəng bir lahiyədir.Təkcə xidmət olmadı, xidmətinində xidmətçisi oldu.Bir sözlə bizə əsl xidmətin necə olduğunu dərk etdirirdi.

Çox vaxt yeniliklər daimi keyfiyyətli olduğlarını göstərə bilmirlər.Heç də atalar boşu-boşuna deməyib.”Tez açılan, tez solar.”

Fəqət, ”Asan Xidmət” onlar kimi olmadı.Peşəkar xidməti ilə milyonların axın mərkəzi oldu.

Son statistik məlumatlar onu göstərir ki, bu günə kimi Xidmətə 60 milyondan çox müraciət daxil olub.Əhalimizin sayı 10 milyondur.Müraciətlər əhalidən 6 dəfə çoxdur.Deməli, bu onu göstərir ki, ”Asan Xidmət” təkcə sözdə deyil, əməldədə özünü doğruldur.

Bəzən “Asan Xidmət”-in loqosuna baxanda 8 fərqli rəngi görürəm.Bəlkə də rənglər xidmətə və digər fəaliyyətinə görə düşünülüb.Ancaq mənim üçün bunun şərhi tamam başqa formadadır.

“ASAN” həmdə bir modeldir.

(Operativlik, şəffaflıq, nəzakətlilik, etik davranış qaydalarına nəzarət,rahatlıq)

Prinsiplər göz qabağındadır.

Hər şey aydındır.

İndi geriyə baxanda məlum olur ki, ASAN – Azərbaycanın sabahını qurmaq layihəsi idi. Əla alındı, amma sabah həmişə var axı, eynilə “daha asan” anlayışı da həmişə var. ASAN bizi həm də pis öyrətdi: Şəxsən mən dəfələrlə hansısa başqa xidmətlərin (ən çox da banklar və internet) əməkdaşları ilə mübahisə edəndə özümü “ASAN xidmətdən öyrənin də!” deyərkən yaxalamışam. ASAN-ı görəndən sonra biz istəyirik ki, hər yer asan olsun hər şey asan olsun…

Hərçənd, bir dəqiqə: Niyə də yox?!

Biz sizin xidmətlərinizdən çox razıyıq.

ASAN…işlərinizi əziyyət çəkmədən məhz asan şəkildə aşırmaq.Buna artıq “ASAN xidmət”in sayəsində 1 növ vərdiş də etmişik.Artıq 10 ildir opetativ, rahat, vahid və əlaqələndirilmiş xidmətdən istifadə edirik.1 sənədi almaq üçün qurumdan quruma qaçmaq, saatlarla növbə gözləmək və daha hansı əziyyətləri…geridə buraxaraq.Əsasən də bütün proseslər gözlərimizin önündə şəffaf şəkildə baş verir. 1 sözlə, dünyada dövlət xidmətlərinin göstərilməsi üzrə BMT-nin ən nüfuzlu mükafatına, “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunan “ASAN xidmət” bu ili 10 yaşında tamamladı.Təbriklər!!!Sizin də işləriniz belə asan və rahat olsun hər zaman!!!

Təşəkkürlər “ASAN XİDMƏT”

Təbriz Məhərrəmoğlu

Yenigundem.az