“Aselsan-Bakü” AzTU tələbələrinə​ elektronika avadanlıqları hədiyyə edibbackend

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə​ ​ heyəti “Aselsan-Bakü”də ​ şirkətin direktoru Özgür Kürümlə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın inkişafı, şirkət tərəfindən AzTU-nun tələbələrinin cəlb olunduğu ​ təqaüdlü ​ təcrübə proqramındakı iştirakları müzakirə edilib.

“Aselsan-Bakü” şirkətinin direktoru Özgür Kürüm bildirib ki, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Sistem mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasları üzrə təhsil alan III və IV kurslardan seçilən 7 tələbənin təqaüdlü təcrübə proqramında​ uğurlu iştirakı pandemiya dövrü ilə əlaqədar müvəqqəti dayandırılıb. Görüşdə AzTU-nun məzunları olan və hazırda şirkətdə mühəndis vəzifəsində çalışan Əli Məmmədov, Rahil Əliyev,​ aparıcı​ mühəndis​ Müslüm Səmədov tələbələrin ​ “Aselsan-Bakü“də ixtisaslı kadr kimi hazırlandıqlarını bildirib.​ Özgür Kürüm gələcəkdə təcrübə proqramı üçün tələbələrin sayının artırılmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.

Sonda şirkətinin direktoru görüşdə iştirak edən “Energetika,​ elektrotexnika və avtomatika”​ fakültəsinin tələbələrinə tədris prosesində praktiki bacarıqlarını inkişaf etdirə biləcək elektronika avadanlıqları hədiyyə edib.

Qeyd edək ki, “Aselsan-Bakü” şirkəti​ Türkiyənin müdafiə sənayesinin qabaqcıl və lider şirkəti olan​ Aselsan A.Ş.-nin 100% sərmayəsi ilə 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir.