“Aselsan” həm ölkəyə, həm də strateji ortaqlarına gəlir gətirirbackend

“Aselsan”ın İdarə Heyətinin sədri və Baş direktoru prof.dok. Haluk Görgün: “Cərgəmizə yeni qoşulacaq 25 yeni ortağımızla strateji ortaqlarımızın sayını 75-ə çatdırdığımızı bildirməkdən böyük qürur hissi keçirir və məmnuniyyət duyuram”.

“Yeni Gündəm”-in məlumatına görə, Türkiyənin müdafiə sənayesinin qabaqcıl müəssisələrindən olan “Aselsan” 25 yeni firmanın iştirakı ilə strateji ortaqlarının sayını 75-ə çatdırıb.

“Aselsan”-ın İdarə Heyətinin sədri və Baş direktoru prof.dok. Haluk Görgün “Aselsan”-ın Strateji Ortaqlıq Görüşü mövzusunda keçirilən tədbirdəki çıxışında şirkətin bu günə qədər nail olduğu genişlənmənin yalnız “Aselsan”ın daxili dinamikaları və maraqlı tərəfləri ilə reallaşmasının mümkün olmadığını, əldə olunan müvəffəqiyyətlərdə səriştəli və geniş ekosistemdə iştirak edən iş ortaqlarının bu məsələdə misilsiz töhfəsinin olduğu qeyd etmişdir.

“Aselsan” ın işləyib hazırladığı və istehsal etdiyi yüzlərlə məhsulun hər birinin ortaqlarının zəkası və alın təri ilə ortaya çıxdığını vurğulayan Görgün “Aselsan”-ın təchizatçı ekosistemində 3 mindən çox yerli təchizatçı olmaqla 5 mindən çox təchizatçının olduğunu, son 10 il ərzində Kiçik və Orta Miqyaslı Müəssisələrə verilən sifarişlərin təxminən 6 dəfə artdığını xüsusi qeyd etmişdir.

2018-ci ildən bu günə qədər 400-dən çox adda məhsulu təchizatçıları ilə birlikdə milliləşdirdiyini qeyd edən Görgün bunun nəticəsində təxminən 150 milyon ABŞ dolları həcmində vəsaitin ölkədə qalmasının təmin olunduğunu bildirmişdir.

Görgün təchizatçıların maliyyə davamlılığına son dərəcə böyük əhəmiyyət verdiklərini ifadə edərək “Bu illər ərzində müvəffəqiyyətlə tətbiq etdiyimiz Təchizatçının Maliyyələşdirilməsi Sistemini bu gün ölkəmizin qabaqcıl banklarından biri olan “Halkbank”-ın iştirakı ilə daha da gücləndirmiş və bu sahəyə cəlb etdiyimiz bankların sayını 15-ə çatdırmışıq. Biz “Aselsan” olaraq sektorumuzdakı maraqlı tərəfdaşlarımız və dəyərli iş ortaqlarımızla çiyin-çiyinə işləyərək bütün sahələrdəki əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik” demişdir.

25 yeni strateji ortaq

Haluk Görgün “Aselsan”-ın təsdiq olunmuş təchizatçıları arasından kritik sahədə fəaliyyət göstərməklə əlavə dəyəri artıran, istehsal və planlaşdırma işlərini həyata keçirən, bu sahələrdə yüksək nəticələr göstərən və “Aselsan”ın genişlənmə hədəflərini qəbul edən şirkətlərlə hər il strateji Əməkdaşlıq Sazişləri imzaladıqlarını da bildirmişdir.

Bu sazişlərlə birlikdə əməkdaşlığın gedilən yolda yoldaşlığa və həll ortaqlığına çevrildiyini vurğulayan Görgün fikirlərini aşağıdakı kimi izah etmişdir: “Həyata keçirdiyimiz bu ortaqlıq “Aselsan”-ın davamlılığına, innovativ və yüksək texnologiyaya malik məhsullar işləyib hazırlamasına, başqa sözlə uğurlarına birbaşa öz töhfəsini verir. Bunun göstəricisi kimi hər il Strateji Ortaqlıq Ailəmizi böyüdür və genişləndiririk. 2018-ci ildə sayı 24 olan strateji ortaqlarımızı 2019-cu ildə 36-ya, 2020-ci ildə 50-yə, bu gün cərgəmizə yeni qoşulacaq 25 yeni ortağımızla 75-ə çatdırdığımızı bildirməkdən böyük qürur hissi keçirir və məmnuniyyət duyuram. Strateji ortaqlarımıza verdiyimiz əhəmiyyətin göstəricisi kimi bu firmalarımıza sadəcə 2020-ci ildə 265 milyon ABŞ dolları həcmində sifariş vermişik.

Ölkə daxilində hər dörd sifarişimzidən biri ortaqlarımıza verdiyimiz sifarişlərdir. Bu nisbəti ailəmizə ilk dəfə qəbul olunan strateji ortaqlarımızın dəstəyi ilə daha da artıracağımzı düşünürük. “Gəlir götür-gəlir götür” anlayışı ilə strateji ortaqlarımıza müxtəlif üstünlüklər təmin edir, inkişaf yollarına istiqamət verir, prosesləri asanlaşdırırıq. “Aselsan”-ın sizlərin dəstəyi ilə inkişaf etməsi ilə birlikdə, sizlərin də eyni müstəvidə bizimlə birlikdə inkişaf etməyinizi və genişlənməyinizi hədəf kimi qarşımıza qoyuruq. Bu hədəf istiqamətində strateji ortaqlarımızdan milliləşdirməkdən məhsulu yaxşılaşdırmağa, xərcləri azaltmaqdan hər sahədə davamlılığa bail olmağa qədər sektorun və “Aselsan”-ın uğurlarına birbaşa müsbət təsir edən məsələlərdə təkmilləşdirmə və yaxşılaşdırma tədbirlərini həyata keçirmələrini gözləyirik”.

“Halkbank”-la protokol imzalandı

Görgünün çıxışından sonra “Aselsan” və “Halkbank” arasında Təchizatçının Maliyyələşdirilməsi Sistemi haqqında Protokol imzalanmışdır. Strateji ortaqlara təminatsız maliyyələşdirmə imkanı yaradılması məsələsini ehtiva edən protokolu Haluk Görgün və “Halkbank”ın Baş direktoru Osman Arslan imzalamışlar.

“Aselsan”ın Baş direktorunun Təchizat Zəncirini İdarəetmə Məsələləri üzrə müavini Nuh Yılmaz da tədbirdə çıxış edərək şirkətin strateji ortaqlıq vizionu haqqında məlumat vermişdir. Strateji ortaqlarından çatdırılma, keyfiyyət, səmərəlilik və milliləşdirmə məsələlərində gözləntilərini ifadə edən Yılmaz 2022-ci ildə hər bir strateji ortağın minimum bir milliləşdirmə işi aparmasını görmək istədiklərini qeyd etmişdir.

2) ASELSAN İLƏ “AĞILLI ŞƏHƏR” KONYA

ASELSAN və Sabancı Universiteti, Konya Büyükşehir Bələdiyyəsinin 2030-cu ilə qədər “ağıllı şəhər” strategiyalarını özündə əks etdirəcək bir yol xəritəsi hazırlamaq üçün əməkdaşlıq imzaladılar.Yerli və milli həllərin hazırlanması məqsədi ilə birlikdə çalışacaqlar. Birgə həyata keçiriləcək fəaliyyətlər arasında; ağıllı nəqliyyat, ağıllı enerji kimi yeni nəsil ağıllı şəhər həlli, rəqəmsal texnologiyalarla dəstəklənən sosial proqramlar və Konyaya xas yerli həllər mövcuddur.

3) TÜRKİYƏ MÜDAFİƏ SƏNAYESİ GƏLƏCƏYİN SİLAHLARI ÜZƏRİNDƏ İŞLƏYİR

ASELSAN tərəfindən “Gələcəyi bu gün dizayn edək” mövzusu ilə “Quru və Silah Sistemləri Seminarı” keçirilmişdir. Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir burada etdiyi çıxışda, Komitə olaraq təhlükəsizlik qüvvələrinin cari ehtiyaclarına əlavə olaraq gələcəyin döyüş mühitlərinə hazır olmaq üçün uzun müddətdir çalışdıqlarını söylədi. İsmail Demir bu ifadələri səsləndirdi:

“Komitə olaraq ehtiyacın müəyyən edilməsi prosesində verdiyimiz dəstək və töhfələrə əlavə olaraq, ehtiyacın Komitəmizə bildirilməsindən etibarən daxili proseslərimizin qısaldılması və məhsulun ən qısa zamanda inventarlaşdırılması üçün bütün səhmdarlarımızın arxamızda dəstəyini hiss edərək işlərimizi davam edirik. Həyata keçirdiyimiz layihələrdə diqqət yetirdiyimiz məsələlərdən biri də əməliyyat sahəsində olmuş istifadəçidən rəy alaraq davamlı təkmilləşməni təmin etmək və məhsulu mövcud texnologiya məhdudiyyətləri çərçivəsində inventardan çıxarılana qədər, tələblərə cavab verəcək şəkildə dizayn etmək üçün göstərdiyimiz səy və həssaslıqdır.”

Prezident Rəcəb Tayyib Ərdoğanın da müdafiə sənayesində dövlət-özəl balansına tez-tez nəzər yetirdiyini deyən İsmail Demir, bu dəyərləndirməni etdi:“Sənayemizin bu gün gəldiyi nöqtə fərqli bir prosesin başlanmasını, daha doğrusu, uzun müddətdir ki, etməyə çalışdığımız işin bütün aspektlərdən həyata keçirilməsini tələb edir. Fond şirkətlərimiz və ya ümumiyyətlə, mövzu yönümlü şirkətlərimiz strateji və orta-uzunmüddətli biznesə diqqət yetirməli, özəl sektora və KOM-larımıza yol açmalıdır. Bütün fond şirkətlərimizin bu məsələyə önəm verdiyini bilirik, lakin biz bu məsələyə verdiyimiz əhəmiyyəti daha da gücləndirməli, göstərməli və dərinləşdirməliyik.”

4) “ASELSAN” RABİTƏ VASİTƏLƏRİNİN TƏQDİMATI

03 Noyabr 2021-ci il tarixində, Bakıda “Daima Anlaşırıq, Hər Yerdə, Hər Zaman” devizi altında, Türkiyə Respublikası Müdafiə Sənayesinin Lider şirkəti olan ASELSAN tərəfindən “ASELSAN RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI” mövzusunda seminar keçirilmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Rabitə və AİS İdarəsi Komandanlığının təşəbbüsü ilə keçirilən bu seminarda, başda Müdafiə Nazirliyi olmaqla, respublikanın bütün güc strukturları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini təmsil edən nümayəndə heyətləri iştirak etmişdir.

Seminarda giriş sözü ilə Türkiyə Respublikasının “Aselsan-Bakü” şirkətinin direktoru Özgür Kürüm və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adından general-mayor Məmməd Eminov çıxış etdilər. Çıxışlarında iki qardaş ölkə arasındakı qarşılıqlı və geniş formatlı iş birliyi barəsində, o cümlədən ASELSAN şirkətinin Azərbaycandakı fəaliyyətindən bəhs etdilər.

Özgür Kürüm ASELSAN A.Ş. və “Aselsan-Bakü” şirkətinin yaranması tarixi, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri ilə iş birliyi haqqında qısa məlumat verdi.

General-mayor Məmməd Eminov öz çıxışında müasir Azərbaycan Ordusunda Aselsan istehsalı olan Rabitə və İnformasiya avadanlıqlarının tətbiqi barədə və bu avadanlıqların bugünkü rabitənin təşkilində effektiv rolundan bəhs etdi. Bundan başqa Azərbaycanın 44 günlük Vətən Müharibəsi dövründə, ASELSAN şirkətinin, o cümlədən “Aselsan-Bakü” şirkətinin Azərbaycan Ordusuna göstərdiyi dəstək və Qələbəmiz naminə verdiyi töhfələrdən danışdı.

Daha sonra, seminar iştirakçılarına ASELSAN A.Ş.-nin Rabitə və İnformasiya Texnologiyaları sahəsində əldə etdikləri son nailiyyətləri barədə ətraflı məlumat verildi. Quruda, Dənizdə və Hava platformalarında istifadəsi üçün nəzərdə tutulan hərbi təyinatlı rabitə vasitələri, peyk rabitəsi və bu sahələrdə tətbiq edilən müasir texnologiyalar barədə seminar iştirakçılarına təqdimat keçirildi. Təqdimat əsnasında günümüzün tələbi olan, informasiya təhlükəsizliyi barədə və bununla bağlı ASELSAN A.Ş.-nin təqdim etdiyi həllər xüsusi olaraq vurğulandı.

Seminarın və təqdimatların gedişində, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırıldı və xüsusi maraq kəsb edən mövzular ətrafında müzakirələr aparıldı.

Seminarın sonunda, təqdimatda iştirak edən qurumların nümayəndə heyətinin üzvləri çıxış edərək keçirilən tədbirin əhəmiyyətini və seminarın təşkilini yüksək qiymətləndirdilər.