Aşıq Mübariz biabırçı görüntülərindən danışdı, tənqid edənləri təhqir etdibackend

Xəbər verdiyimiz kimi Aşıq Mübariz Camaloğlunun sosial şəbəkələrdə biabırçı videosu yayılıb. Rusiyada toy məclislərinin birinə qatılan aşıq bir nəfərin qucağına aldığı stulda oturaraq saz ifa etməyə başlayıb. Xalqımızın milli dəyəri, milli mənəviyyatı olan saza bu cür yanaşmaq hər kəsi hiddətləndirib.

“Yeni Gündəm” xəbər verir ki, hər kəsin tənqidinə tuş gələn video barədə Mübariz sosial media hesabında açıqlama verib. O, bu görüntülərdə qəbahət iş görmədiyini bildirib:

“Pəhlivanla mənim daşım düşüb bəzi şərəfsizlərin başına. Burda nə böyük qəbahət var ki, bunu bu qədər şişirdirlər. Min kərə ayıb olsun mənə xoşa gəlməz sözlər yazanlara. Bacarırsızsa gəlin üzümə deyin. O kişilik sizdə ola bilməz. Hamı bilir Mübariz necə insandır”.

Paylaşdığı videoda isə onun saza “hörməti”ni işıqlandıranları və sosial şəbəkələrdə ona tənqidi fikirlər yazanları təhqir edib. Yəni ifaçı məsələ ilə bağlı açıqlama verməyə çalışıb. Amma bu açıqlama ona qarşı aqresivliyin daha da artmasına səbəb olub. Necə deyərlər, üzrü qəbahətindən betər.Big.az