Aşıq Muşqulat yol polisində işə başladıbackend

Xalq arasında “Aşıq Muşqulat” kimi tanınan Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb.

“Yeni Gundem” xəbər verir ki, o, təbliğat işlərinə cəlb olunub.

Elnur Mahmudov bir neçə gün əvvəl yol polisinin təşkil etdiyi təbliğat xarakterli tədbirdə çıxış edib.

Qeyd edək ki, “Aşıq Muşqulat” məzəli mahnıların ifaçısı kimi müxtəlif verilişlərdə çıxış edib.