Aslanların koronavirus testləri pozitiv çıxdı – ARAŞDIRMAbackend

İspaniyanın Barselona şəhərində yerləşən heyvanxanada 4 aslanın koronavirus (COVID-19) testinin nəticəsi pozitiv çıxıb.

“Yeni Gündəm” xarici mediaya istinadən xəbər verir ki, COVID-19-a yoluxan aslanların adları Zala, Nima, Run Run və Kiumbe olaraq bildirilib.

Zoopark rəhbərliyinin bununla bağlı verdiyi açıqlamada qeyd edilib ki, işçilərin ikisində də koronavirus testinin nəticəsi pozitiv çıxıb və artıq mütəxəssislər aslanlara necə koronavirusun keçməsi ilə bağlı araşdırmalara başlayıblar.

Xatırladaq ki, 2019-cu ilin aprel ayında ABŞ-ın Nyu-York şəhərindəki heyvanxanada da 4 pələng və 3 aslanın, eləcə də sözügedən ölkə ilə yanaşı Belçika və Danimarkada ev və küçə pişiklərində koronavirusa yoluxma halları qeydə alınıb.Lent.az