Aşqabadda İlham Əliyevlə Nikol Paşinyanın görüşü oldubackend

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasından sonra bir araya gəliblər.

“Yeni Gundem” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Vladimir Karapetyan bildirib.

“Əliyevlə Paşinyan nahar vaxtı söhbət ediblər. Onlar əsasən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə cari məsələləri müzakirə ediblər”, – deyə Karapetyan qeyd edib.