Astara təhsilində nələr baş verir – ŞİKAYƏTbackend

“Yeni Gündəm”in elektron poçtuna “Astaranın Gənc Alimləri” imzalı müəllif tərəfindən Astara rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovla bağlı yazı göndərilib.

1-ci Yazı

Bir neçə gün öncə feysbuk-da “Təhsil Şikayətləri” qrupunda, çox ciddi və dramatik bir iddia ortaya atıldı. İddianın müəllifi olan Astara Burzubənd kənd məktəbinin müəllimi Tərlan Talıbov qəti bir şəkildə və hər şeyi gözə alaraq, Astara Təhsil idarəsinin KORRUPSİYA və MAXİNASİYAYA YOL VERDİYİNİ irəli sürdü!

____________________________________________________

Bu yerdə bir haşiyə çıxaq: Astara, ucqar və nəzərdən uzaq bir ərazi olduğu üçün “dərə xəlvət, tülkü bəy” məntiqi, burda çox işləkdir. Təsadüfi deyil ki, rəsmi statistikaya görə, savadsızlıq, olduqca yüksəkdir və qəbul imtahanlarında ən aşağı nəticələrdən biri bu ərazinin payına düşür.

Bundan başqa, son açıqlanan Prezident Adminstrasiyasına yönələn şikayətlər sıralamasında da Astara rayonu ilk yerlərdən birini tutur.

Davam edək.

Rayonun Burzubənd məktəbinin müəllimi T. Talıbovun populyar təhsil qrupunda ictimaiyyətə açıqladığı iddia, çox məşum və gözlənilməz oldu.

Ona görə gözlənilməz ki, Təhsil müdiri Rəşad Həsənov təhsil qruplarında “kommendant rejimi” qurubdur və rayonun təhsili ilə bağlı tənqidi paylaşım etmək istəyənlər, kütləvi “trol hücumu”na məruz qalırlar. Əgər “trol sürüsü”, nəticə əldə edə bilmirsə, o zaman həmin paylaşımın silinməsi üçün qrupun adminstrasiyasına təzyiqlər edilir və ya qrup rəhbəri ələ alınmağa çalışılır. (Hər halda, məsələn “Təhsil Forumu” qrupunda bir neçə dəfə silinmə hadisəsi baş veribdir ki, bunun da sübutları, skrinləri mövcuddur). Ona görə də şikayət etmək istəyənlərin, bəribaşdan dirənci qırılır və onlar, bu işin, nəticə vermək bir yana, problem yaradacağını düşünürlər.

Lakin, bu dəfə fərqli cür oldu: əvvəlcə, Rəşad Həsənovun “troll ordusu”, cəsarətli müəllimin üzərinə hücuma keçərək, onun bu şok paylaşımını “zərərsizləşdirməyə” çalışdılar, hətta təhqir və nalayiq sözlərdən də çəkinmədilər. Amma, bununla onlar, “təhlükəni basdırmaq”əvəzinə, əksinə “yaydılar”. Nəticədə, bu məşum paylaşım, maksimum auditoriyaya yayıldı, bilməyənlər də xəbər tutdu!

Özü və rəhbərlik etdiyi qurum barədə ağır ittihamlara cavab verə bilməyən Rəşad Həsənov bu dəfə lap çarəsiz qaldı.

Məsələyə müdaxilə etmək istəyən məktəbin direktorunun verdiyi cavablar da “işi yoxuşa sürmək”dən başqa bir şey deyildi.

Hər halda bütün bunlar, şübhələri artırdı… “Trol hücumu”, iddia sahibinə qarşı təhqir və əlaqəsiz ittihamlar, R. Həsənovun səssiz qalması, direktorun əlaqəsiz müdaxiləsi…

Deməli, NƏSƏ var idi!….

Və biz “Gənc Alimlər” olaraq mövzunu araşdırmağa və detallarını ortaya çıxarmağa qərar verdik,  şikayətçi müəllimlərlə təmasa keçdik.

Və… deyəsən, həqiqətən də nəsə varmış və Həsənovun “kommendant rejimi”ni “yarmış” müəllimin bu cəsarətinin altında, ciddi şeylər yatırmış!

Bəli, şikayətçilərin əlindəki fakt, sübut və sənədlərlə tanış olduqca, “bu xəmirin hələ çox su götürəcəyini” anladıq. Odur ki, mövzunu, hissələr halında yayınlamağa qərar verdik.

P.S. Hər halda növbəti yazılarımızda təqdim edəcəyimiz sənəd və sübutları gözləmənizi tövsiyyə edirik. Əminik ki, bu sübutlar, hər kəsi şoka salacaq!.

Xahiş edirik göstərdiyimiz faktları mətbuatda işıqlandırasınız.
Hörmətlə, “Astaranın Gənc Alimləri”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!