Astarada atışma oldubackend

Astarada narkotik alverçiləri ilə atışma olub.

“Yeni Gundem” xəbər verir ki,Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri həyata keçirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakinləri Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan artıq narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb.

Həbs zamanı onlar odlu silahdan istifadə etməklə müqavimət göstərmiş, xidməti avtomobillərə ziyan vurmuşlar.

Polis əməkdaşları silahdan istifadə edib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, ikincisi saxlanılıb. Hadisə yerindən 1 avtomat və 40 kiloqramdan artıq heroin, tiryək və psixotrop maddələr götürülüb.

Fərahim Rəhimov