Astronomlar Samanyoluna nəhəng bir quruluş kəşf etdi: DNT-miz onlardan gəlir…backend

İspan astronomları Samanyolunun indiyə qədərki ən dəqiq xəritəsini tamamladıqlarını və 10 min işıq ili uzaqlıqdakı mavi ulduzların nəhəng bir quruluşunu kəşf etdiklərini açıqladılar.
Samanyolunun böyük spiral ulduz qollarından ibarət olduğu bilinirdi, lakin Centro de Astrobiología (CAB) alimləri Perseus ilə birlikdə Günəş sistemimizin yerləşdiyi Orion qolunun indiyə qədər olan ən ətraflı xəritəsini yaratdılar.

Tədqiqatçılar Avropa Kosmik Agentliyinin Gaia teleskopundan apardığı müşahidələrdə qalaktikadakı əvvəlcədən bilinməyən bu yerləri ‘Cepheus spur’ adlandırdılar.

“Yeni Gündəm” -in məlumatına görə, CAB-nin əsas tədqiqatçılarından biri olan Mikelancelo Panteleoni Gonzalez, İspaniyanın El Pais qəzetinə verdiyi açıqlamada dedi : “Kəşf anı maraqlı idi. Çəkdiyimiz qalaktik xəritədə əvvəllər boş görünən bir bölgədə həddindən artıq ulduz sıxlığını müşahidə etdik.”
Gonzales və həmkarı Jesus Maiz Apellanizin Kral Astronomiya Cəmiyyətində nəşr olunan araşdırması, kəşf edilən bölgənin 300 işıq ili uzaqlıqdakı kompakt bir ulduz quruluşu olduğunu bildirdi. Daha əvvəl digər qalaktikaları tədqiq edən astronomlar oxşar quruluşları müşahidə etsələr də, cütlüyün Samanyolu kəşfi ilk dəfə təsdiqləndi.
Apellaniz və Pantaleoni, mavi ulduzların kainatdakı ən maraqlı cisimlər olduğunu, çünki meydana gələn nüvə reaksiyaların şiddətli olduğunu və onların kainatın ən böyük elementlərinin yaradıldığı fabriklərə çevirldiyini söylədilər: “DNT-mizdəki silikon və ya fosfor atomları kimi elementlər əsasən milyardlarla il əvvəl ölmüş ulduzların içərisindən gəlir.”
Qalaktikadakı ən böyük, nadir və ən isti ulduzlar olduğu bilinən Mavi ulduzların səthinin istiliyi 30 min dərəcəni keçə biləcəyi ifadə edildi. Bu nisbət 5500 dərəcə Selsi ilə Günəşdən daha yüksək bir istilik səviyyəsinə sahib olduqlarını göstərir.

Hazırladı:Aynur Abdullayeva

Yenigundem.az

(Mənbə: Sputnik)