Astronomlar Şir bürcündə həyat əlamətləri olan daha bir planet kəşf etdibackend
Astronomlar Yerdən təqribən 124 işıq ili məsafədə, Şir bürcündə yerləşən K2-18b ekzoplanetinin bütün mövcud parametrlərini təhlil edərək, Yer kürəsində olduğu kimi həyat şərtlərinin mövcud ola biləcəyi qənaətinə gəlib.
“Yeni Gündəm” xəbər verir ki, tədqiqatın nəticələri “Astrophysical Journal Letters” jurnalında dərc olunub.
Sözügedən planet 2015-ci ildə K2-18 qırmızı cırtdan ulduzun orbitində kəşf edilib. Onun radiusu Yer kürəsindən 2,6 dəfə, kütləsi isə 8,6 dəfə böyükdür.
2019-cu ildə “Kepler”, “Spitzer” və “Habbl” kosmik teleskoplarının ötürdüyü məlumatların təhlilinin nəticələri planet atmosferində əhəmiyyətli miqdarda su buxarının olduğunu göstərib.
RİA Novostinin xəbərinə görə, Kembric Universitetinin İngilis alimləri rəqəmsal modelləşdirmə apararaq, planetin səthində maye suyun ola biləcəyini və atmosferin temperaturu və tərkibini hidrogenlə zənginləşdirərək həyat üçün əlverişli şərait yaratdıqlarını öyrənib.
Modelləşdirməyə görə, atmosfer planetin ümumi kütləsinin 6 faizindən çox deyil və çox güman ki, daha azdır. Onda minimum hidrogen miqdarı bir faizin milyonda bir hissəsinə qədər enə bilər ki, bu da Yer atmosferindəki məzmuna bənzəyir. Eləcə də K2-18b əhatə edən su okeanının səthindəki temperatur və təzyiq də olduqca Yerdəki kimi ola bilər.
Müəlliflər ümid edirlər ki, bu araşdırmada əldə etdikləri atmosfer parametrləri xüsusən 2021-ci ildə istifadəyə veriləcəyi planlaşdırılan, ekzoplanetlərin atmosferinin tərkibini müəyyənləşdirmək üçün alətlərlə təchiz olunmuş James21 Webb Kosmik Teleskopu vasitəsilə gələcəkdə də müşahidə edilə biləcəkdir.
Xatırladaq ki, yanvar ayında TESS tədqiqat peyki Balıqlar bürcündə Yer kürəsiylə bənzər ölçüdə olan ilk planet kəşf etdiyi bildirimişdi. Üstəlik, həmin planet öz ulduzuna kifayət qədər yaxın məsafədə yerləşir ki, bu da onun səthində maye suyun olması üçün şərait yarada bilər.