backend

“AtaBank”ın çöküşü artıq rəsmən təsdiqlənir. Bank müştərilərinin pulunu ödəyə bilmir.

Bu barədə AFN-ə bank sektorundakı mənbədən məlumat daxil olub. Bildirilir ki, son bir ayda “AtaBank”da hesabı olan müştərilər pullarını nağdlaşdımaqda problemlərlə üzləşiblər: “Xüsusilə fiziki şəxs sahibkar hesablarından vəsait nağdlaşdırmaq mümkün olmur. Bankın fliallarına üz tutan müştərilərin ödənişi ya gecikdirilir, ya da hissə-hissə verilir. Müştərilər fliallarda növbəyə dururlar. Ofislər müstəqilliyimizin ilk illərindəki çörək növbələrini xatırladır. Bankın bankomatlarında da tez-tez vəsait çatışmazlığı yaranır. Əməkhaqqını “AtaBank” vasitəsilə verən şirkətlər artıq banklarını dəyişirlər. Mənim bildiyim qədər sığorta şirkətlərindən biri bu günlərdə bankla müvafiq müqaviləni pozub”.
“AtaBank”ın mətbuat katibi Oruc İbrahimov məsələ ilə bağlı sualımızı cavablandırarkən bildirdi ki, bankın işində heç bir problem yoxdur: “Müəyyən məsələlər var, amma qlobal problemlər yoxdur. Bununla bağlı biz bank olaraq mövqeyimizi açıqlamışıq, tanış ola bilərsiniz”.
Qeyd edək ki, ötən ay mediada “AtaBank”ın müflis olması haqda məlumatlar dərc edilmişdi. Həmin vaxt bank açıqlama yayaraq məlumatın həqiqəti əks etdirmədiyini bildirmişdi.

Mövzunu diqqətdə saxlayacağıq.