Atalarının zoraklığını sübut etmək üçün döyüldüklərini qeydə aldılar – VİDEObackend

Ataları tərəfində mütəmadi zorakılığı polislərə sübut etmək istəyən uşaqlar necə döyüldüklərini videoya çəkiblər.

“Yeni Gündəm” xəbər verir ki,bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.

Kadrlar çəkilən gün Mixail T. əvvəlcə içib və arvadını döyməyə başlayıb. Qışqırığı eşidən uşaqlar analarının köməyinə gəliblər. Bu, atanın xoşuna gəlmir, o, əvvəlcə 11 yaşlı oğlunun gözünə yumruqla vurub, sonra isə 17 yaşlı oğlunu döyməyə və boğmağa başlayıb.

Uşaqlardan biri baş verənləri videoya çəkməyə və polis çağırmağa imkan tapıb. Ata dərhal geyinərək qaçıb.

Üz-gözləri göyərmiş və şişmiş uşaqlar isə xəstəxanaya yollanıblar.

Hazırda Mixail axtarışdadır. Oğlanları isə çəkilən videonun nəhayət ki, atanın zorakı əməllərini təsdiqləyəcəyi ümidindədirlər.