Atamın bu vəziyyətindən istifadə edənlərə ar olsun! – Rəşad Dağlının oğlubackend

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusifin adından pul yığılır.

“Yeni Gundem” xəbər verir ki, bu haqda meyxanaçının oğlu məlumat verib.

Yusif qeyd edib ki, “TikTok” sosial şəbəkəsində “atama dəstək olun” adlı səhifə açılıb. Onlar Rəşad Dağlı və oğlu Yusifin şəkli yerləşdirilərək, insanlardan pul istəyib:

“Əziz izləyicilər, mənim “İnstagram” səhifəmdən başqa səhifəm yoxdur. Atamın bu vəziyyətindən istifadə edənlərə ar olsun! Xahiş edirəm, harada mənim adımdan açılmış səhifə görsəniz, şikayət edin”./Yenisabah.az