“AtaSığorta”nın BAZAR PAYI AZALIR – ŞİRKƏT ZƏİFLƏYİRbackend

Azərbaycan sığorta bazarının iştirakçısı olan “AtSığorta” şirkətinin yığımları azalıb.

“Yeni Gundem” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı rəsmi hesabatına əsasən, son bir illə müqayisədə “AtaSığorta”nın yığımlarında azalma müşahidə olunub.

Eləcə də bax:Sığorta ödənişlərinin dinamikası üzrə – ŞİRKƏTLƏRİN RENKİNQİ – MƏBLƏĞ, FAİZ (01.09.2019)

Belə ki, ötən ilin yanvar-sentyabr aylarında “AtaSığorta” tərəfindən 16,299 mln. manat həcmində sığorta haqqı toplanmışdırsa, cari ilin analoji dövründə bu rəqəm 2,576 mln. manat və ya 19% azalaraq 13,723 mln. manat təşkil edib.

Qeyd edək ki, yığımların azalması fonunda şirkətin bazar payı da azalıb. Belə ki, son bir il ərzində “AtaSığorta”nın bazar payı 0,3 faiz bəndi azalaraq 2,6%-ə düşüb.