ATASINA LAYİQ OĞUL… Səbinə YUSİF yazırbackend

Elə insanlar var ki, onları tanıdığın üçün Uca Allaha Şükür edirsən. Elçin müəllim o insanlardandır ki, adı çəkiləndə nə yaxşı bizim belə mərd eloğlumuz var, Çox Şükür, İlahi, cümləsini ürəklə söyləyə bilirik.

Yaxşılıq etməyə imkandan çox ürək lazımdır. Ürəyin varsa, demək əməlin də olacaq, xeyirxah addımın da. Elçin müəllimdə Azərbaycan Kişisinə xas böyüklük, müdriklik var. Elçin müəllimdə Qazaxlı Kişilərə xas Ürək var.

Karonavirus pandemiyası dünyanı cənginə aldı. Dövlətimiz karantin elan etdi. Anidən gələn hadisə idi. Bu hadisədən alnıaçıq üzüağ çıxmaq üçün birlik, səfərbərlik lazım idi. Ali Baş Komandanın “Biz Birlikdə Güclüyük” çağırışına biganə qalmadı Elçin müəllim. Heç kim ona demədi ki, kömək et. Elçin müəllim özü kömək əlini əsirgəmədi. Bakıdan Qazaxa ilk yardımı Elcin Carciyev göndərdi. Bu özü örnək idi. 286 Şəhid ailəsi daxil olmaqla 400 ailəyə maddi yardım etdi. Bundan əlavə Ağstafada yaşayan bir neçə aztəminatlı ailəyə yardım etdi. Həmçinin Qusar rayonunda da Müharibə Veteranlarına, Şəhid ailələrinə və aztəminatlı ailələrə (100 ailə) yardım etdi. Bunları ona görə yazmadım ki, Elçin müəllimin etdiyi yaxşı işi hamı bilsin. Bunları ona görə yazdım ki, Vətən demək azdır, Vətənə layiq olmaq gərəkdir. Elçin müəllim Vətənə layiq Oğuldur. Bunları ona görə yazdım ki, biz bu sınaq müddətində Vətən uğrunda səfərbər olan insanları tanıdıq!

Söhbətimiz zamanı daha yaxşı dərk edirəm ki, Elçin müəllim vətənpərvər, humanist insandır. Azad təbiətli insandır.

Mənsub olduğu nəslin (tayfanın) adını daha da ucalara qaldıran, Atasına layiq oğul olan Elçin Murtuz oğlu Carçıyevin bu gün doğum günüdür. Təbrik edirəm. Uzun ömür, can sağlığı, bütün işlərində uğurlar arzulayıram. Nəvəli-nəticəli, kötücəli-unnucalı baba ömrü arzulayıram.
Həyat hər zaman üzünüzə gülsün, Elçin müəllim. Suyunuz axar, ocağınız yanar olsun .

Doğum gününüz mübarək olsun!

Böyük hörmətlə: Səbinə YUSİF