Atasından Aysun İsmayılovaya 50 000 AZN-lik hədiyyə – VİDEObackend

Ötən gün müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun 25 yaşı tamam olub.

Sənətçi müğənni övladına paytaxt restoranlarından birində təmtəraqlı ad günü keçirib. Gecədə bir çox məşhurlar da iştirak ediblər. Ad günündə ən diqqət çəkən məqam Aysuna edilən bahalı hədiyyə olub.

Belə ki, atası Fazil Əmiraslanov qızına “Cartier” brendinə aid saat bağışlayıb.

Aksessuarın qiymətinin 50 000 AZN-dən baha olduğu bildirilib.Baku.ws