Atasını öldürüb tullantı çuxuruna atıbbackend

Altay diyarında 19 yaşlı yerli sakin 58 yaşlı ögey atasına bıçaqla hücum edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə rayon üzrə mətbuat xidməti məlumat yayıb.
Hadisə bu il sentyabrın 11-də axşam saatlarında ailənin Blaqoveşenka kəndindəki torpaq sahəsində baş verib. Müəyyən edilib ki, gənc oğlan evin ətrafında və bağçada ögey atasına kömək etmək istəmədiyi üçün kişi ilə ögey oğul arasında münaqişə yaranıb. Münaqişə zamanı gənc bıçaq götürərək kişiyə ən azı 11 zərbə vurub.Nəticədə o, ölüb. Bundan sonra gənc mərhumun cəsədini zibilxanaya atıb.
“İstintaq zamanı təqsirləndirilən şəxs qətldə günahını tamamilə etiraf edib, əməlindən peşman olub. İstintaq kifayət qədər sübut bazası toplayıb və bununla bağlı Blaqoveşensk rayonlararası prokuroru tərəfindən təsdiq edilmiş ittiham aktı ilə cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib”, – məlumatda deyilir.

Ayşən