Atatürk Cümhuriyyəti dünyaya səs saldı, bu gün də Ərdoğan Türkiyəsi – Məlahət İbrahimqızıbackend

Bu gün Azərbaycan tarixində deyil, bütövlükdə türk dünyası tarixində çox əlamətdar bir hadisədir və mən hesab edirəm, təkcə bunu türk dünyası ilə də məhdudlaşdırmaq olmaz. Bu, bütün İslam aləminin çox əlamətdar tarixi hadisəsidir. Biz necə türk dünyası deyə bilərik ki, bizim Azərbaycanın və Türkiyənin Pakistan kimi doğma qardaşı var. Ona görə bu gün  Türkiyə Cümhuriyyətinin 99-cu ili deyəndə bu o deməkdir ki, bütün İslam aləminin bayramıdır. Təbii ki,  Türkiyə Cümhuriyyətində, Türkiyə Respublikasında qardaş Türkiyədə yaşayanlar bu bayramı daha şövqlə, daha yüksək səviyyədə qeyd edilər. Amma ruhən, qəlbən, mənən Biz bütövlükdə türk dünyası və İslam aləmi bu bayramı bugünkü günü çox əziz tuturuq. Çox təəssüf ki, tale, tarix, türk dünyası, digər qardaş türk toplumları ilə müsəlman aləmi arasında çox belə ağır sədlər çəkilibdir.

Bu sözləri “Yeni Gundem” –ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Millət vəkili Türkiyə Cümhuriyyətinin 99 ci ilində bəzi tarixi məqamlara toxundu. O həmçinin türk dövlətlərin artan bağlılığı, eyni zamanda gələcək hədəflər barədədə danışdı.

“Necə deyər elə dəmir sədlər ki, bu qardaş o qardaşın görmək istəyini bildirsə belə, onu ən ağır cəza gözləyirdi. Sovet dövründə Azərbaycan, eləcə də Orta Asiya türklərinin Türkiyə ilə əlaqəsi demək olar ki, sıfır vəziyyətdədir. Yəni kim Türkiyə, hətta Moskvada olan Türkiyə səfirinə bir azərbaycanlının bir özbəyi, bir türkmənin, bir qırğızın, qazax qardaşımın və qardaşımızın və yaxud da ki, başqırd olsun. Tatar olsun, muğay olsun, Qaraçay olsun. Onların Moskvada olan Türkiyə səfirinə getdiyi halda, gözünün altına Sibiri gətirirdi. Dəmir sərhədlər, tikanlı məftillər olubdur və hətta biz onu elə Güney Azərbaycanda yaşayan qardaş bacılarımız soydaşlarımızdan da deyə bilərik.

SSRİ ilə İran arasında sərhədlər bağlanandan sonra bizim 10 milyonlarla, yəni 30 milyondan çox, 40 milyona yaxın öz soydaşlarımız, Azərbaycan türkləri, eləcə də digər türk boyları İranda öz bacı qardaşlarına həsrət qalıb. Eləcə də biz azərbaycanlılar ötən dövrdə, yəni sovet dövründə bizim ora İrana gedib gəlməyimiz çox müşkül məsələ oldu. Allaha çox şükür olsun ki,  imperialist dövlətlər dağılmağa başladı. İmperializmin çöküşü,  müsəlman bir birinə yavaş yavaş qovuşdurmağa başladı. Sözsüz ki, necə deyərlər türk etnosuna türk toplumları əqrəbalar. Digər türk etnik türk qardaşlarımız. Yəni bilirsiniz ki, bunun sayı onlarladı. İndi bugünkü tədqiqatlar deyir, altmışdan çox türk etnosu var və artıq hər kəs bir birinə qovuşur. Hər kəs öz milli kimliyini, öz milli kimlik müqəddəratını artıq çox asanlıqla, necə deyərlər, anlayır, dərk edir. O öz qohum, qan qohumlarını, gen qohumlarını yaddaş qohumlarını, kök qohumlarını, mədəniyyət, tarix, ortaq tarix, mədəniyyət qohumlarını, doğmalarını qardaş bacılarını çox gözəl bilir. Dünyada bu gün çox sürətli inteqrasiya prosesləri gedir. Yəni bu mənada ki, Türkiyə Cümhuriyyətinin bu gün 99-cu ildönümü, bütövlükdə qeyd etdiyim kimi, türk könül coğrafiyamızın bütün türk toplumu yaşayanlar üçün çox əziz bayramıdır, İslam aləmi üçün çox əzizdir.

Hələ Osmanlı dövründə çox təəssüf ki, uzun illər Osmanlı ilə bağlı ciddi yasaqlar olubdu. Türklər də Türkiyədə yaşayan bacı qardaşlarımız da öz kökləri ilə yetərincə kökləri ilə fəxr edə bilməyiblər. Osmanlı kimi dünyada demokratik bir dövlət, üç qitədə dövlət qurmuş Osmanlı haqda tədqiqatlar belə məhdud olubdu və Osmanlı dönəmində belə Malaziyadan necə deyərlər İndoneziyadan, Pakistandan Asiyanın, Sakit okean hövzəsindən gələn digər müsəlmanlar Avropaya gedəndə və yaxud da tutaq ki, müsəlmanlar  müqəddəs Həcc ziyarətinə gedəndə mütləq gələrlərmiş. İstanbulda, padşahla görüşərlərmiş. Sözsüz ki, Azərbaycan Türkiyə arasında yaxınlıq olubdu və istər sovet dövründən öncə də, istər sovet dövründə də, eləcə də indi sovet dövründən sonra Azərbaycan Türkiyə qardaşlığı artıq bütövlükdə bu toplumlar üçün bir nümunədir. Bir millət, iki dövlət, artıq bu doğrudan da bir millət, iki dövlət aforizmi artıq gərəkirsə zərurət yaranırsa, bir dövlət, bir millət, bir dövlət qismində də, bir dövlət kimi də. Necə deyərlər, ortaya çıxır, öz sözünü deyir və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir sözü var. Deyir ki, biz artıq bütün sahələrdə, siyasi fəaliyyətimizi, işlərimizi görəcəyimiz yol xəritəmizi ortaq birləşdirməliyik. Yəni Türkiyə Azərbaycanın bütün sahələri üzrə fəaliyyətimizi, yəni bir birimizə, müsbətimizi götürərək və ortaq bir xətt müəyyənləşdirməliyik. Şuşa bəyannaməsindən sonra  bütün sahələrdə Türkiyə Azərbaycan arasında çox ciddi bütövləşmə siyasəti gedir. Əlbəttə, Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanın gücü Türkiyənin gücüdür. Vahid bir siyasət yürütməsi digər türk coğrafiyasında da çox böyük ruh yüksəkliyi əmələ gətirir və onlarda da gələcəyə böyük ümidlər, türk dünyasının gələcək vizionunun üfüqlərini açır.

Son illərdə, xüsusilə də, Qarabağ zəfəri.Möhtərəm Prezidentimiz bunu hər dəfə deyir ki, bu zəfər bizim qardaşlığımızın qazandığı zəfərdir. Orta Asiyadakı olan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan kimi dövlətlərin, yəni bizim türk toplumu çoxdur. Onlarda da böyük ruh yüksəkliyi və türkün gücünə belə əminlik, güvənlik hissi prosesi son dövrlərdə, yəni son iki ildə türk dövlətləri təşkilatı arasında çox sürətli inteqrasiya edir. Artıq Özbəkistan bu Türk Dövlətləri Təşkilatının üzvüdür, Türkmənistan gözləyir. Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının növbəti Zirvə sammitində Türkmənistan üzvlüyü ilə bağlı müraciət edibdir. Yəni bu dünyada gedən proseslər bunu məcbur edir. Diktə edir ki, necə bir regional güc, yəni tək bir ölkə, ən güclü, tək bir ölkə belə təkbaşına güc sahibi ola bilməz. Yəni bu gün dünyada elə qlobal təhlükələr, təhdidlər gedir ki, bugünkü dünyanın çağırışları bunu diktə edir və Orta Asiyada da bilirsiniz ki, gələcəkdə super güclərin savaş meydanına çevrilə bilər. Bu gün soyuq müharibədə, odlu müharibə də var. Odlu müharibə gözümüzün qabağındadır. Ukrayna, Rusiya. Artıq bütün Avropa NATO üzvlərinin hamısının Ukrayna köməyini görürük. Yəni bir növ Ukrayna Rusiyadan deyil, NATO, Rusiya müharibəsi də demək olar.  Amerikanın Çinlə bağlı çox böyük planları var. Bu çox ciddi bir gələcəyin çağırışıdır .Əgər bu plan baş tutarsa, Orta Asiya savaş meydanına çevrilə bilər. Ona görə bu gün Orta Asiya dövlətləri bir birinə çox sıx birləşməlidir, inteqrasiya etməlidir. Əməkdaşlıq Azərbaycan Türkiyə arasında olan Şuşa bəyannaməsi zirvəsinə strateji müttəfiqlik zirvəsinə çatmalı və  bütövlükdə bütün türk dövlətləri arasında vahid strateji müttəfiqlik bəyannaməsi imzalanmalıdır. Hesab edirəm ki, Türk Dövlətlər Təşkilatına üzv olan dövlətlərin vahid strateji  bəyannaməsinin imzalanmasının artıq vaxtı çatıbdır. Bu çox vacibdir və bu, gələcəkdə gözlənilən, proqnozlaşdırılan təhlükələrin qarşısını almağında xeyli rol oynaya bilər. Gələcəkdə Orta Asiya, necə deyərlər, Orta Asiyanın orta dəhliz də deyirlər. Çinin məşhur bir prosesi var. Beynəlxalq səviyyəli bombel Pan Rot, yəni bir kəmər, bir qovşaq. O nöqteyi nəzərdəndə Orta Asiya çox önəmlidir. Azərbaycan Türkiyə qardaşlığı üçün. Orta Asiya çox önəmli ölkədir. İstər nəqliyyat, logistika sahəsində, istərsə də enerji nöqteyi nəzərdən, Orta Asiyadakı türk qardaşlarımızın türk dövlətlərində, Qazaxıstan, Türkmənistan zəngin neft, qaz yataqlarına malikdir. Özbəkistan enerji məsələsində özü özünü təmin edə bilir. Artıq türk milləti getdikcə inteqrasiyadadır.Bir birimizin necə dəyərlər bağlılığımız daha da artmalıdır. Necə ki, Türkiyə Azərbaycan da hədsiz dərəcədə sıx bağlılıq var, biz digər türk dövlətləri ilə də elə olmalıyıq və bu proses də ona gedir. Bizim həm Azərbaycan dövlətinin prezidenti, möhtərəm Prezidentimiz Müzəffər Ali Baş komandanımız İlham Əliyevin, eləcə də Ərdoğanın da taktikası və strategiyası uzaq hədəflərdə. Orta hədəflərdə yaxın vadidə, daha doğrusu, uzaq, orta yaxın vadilərdə də həyata keçirdiyi strategiya budur. Çünki bu gün hədsiz dərəcədə qlobal təhlükələr, çağırışlar var və bu, getdikcə də artır, azalmır, artır. Yəqin bir neçə gün bundan öncə Putinin də Valday Müzakirə klubundakı çıxışında da bölgəmiz üçün, dünya üçün bəşəriyyət üçün çox ciddi mesajlar verdi. Ona görə biz türk dünyasının, bu gün qlobal gücə çevirmək vacibdir.

Türk dünyası arasında türk dövlətlərarası inteqrasiya heç bir gücə qarşı deyil. Sadəcə olaraq bu inteqrasiya, bu birlik özünün gələcəyi naminə lazımdır, öz gələcək inkişafı naminə lazım və bölgədə olan xalqların sülh, barış içərisində dayanıqlı inkişaf içində yaşaması üçün lazımdır. Və sözsüz ki, bu güc necə də konfliktlərin yeni barışın daşıyıcısı olacaq. Necə ki, bu gün Türkiyə, Azərbaycan, Ukrayna, Rusiya arasında müəyyən moderatorluq müəyyən barışçı mövqe göstərə bilirlər və bu mənada da türk dünyası da gələcəkdə türk dövlətlərinin təşkilatının güclənməsi, inteqrasiyanın sürətlənməsi gələcəkdə bütövlükdə qlobal səviyyədə götürülən təhlükələrin tənzimlənməsində, zəiflədilməsinin qarşısının alınmasında böyük imkanlara malikdir. Türkiyə Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə həm Türkiyədə yaşayan bütün qardaş bacılarımız, eləcə də türk dünyasında könül coğrafiyamızda yaşayan türk etnosuna mənsub olan qardaş bacılarımızı, Azərbaycanda, hətta müsəlman aləmində, bütövlükdə İslam aləminin bu gün bayramıdır və Türkiyə gündən günə güclənir. Türkiyə, Ərdoğan Türkiyəsi, yəni bu gün biz deyə bilərik Türkiyə Cümhuriyyətini biz iki cürə tanıyırıq. Atatürk Cümhuriyyəti dünyaya səs saldı və bu gün də Ərdoğan Türkiyəsi .”

Fərahim RƏHİMOV

Yenigundem.az