ATƏT-in Baş katibi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pislədibackend

ATƏT-in Baş katibi Helqa Şmit Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə ATƏT Baş katibi “Twitter”də bildirib.

“Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirəm. Həlak olan şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, – ATƏT Baş katibi bildirib.