“ATƏT regional əməkdaşlığa töhfə verməyə hazırdır”backend

“Üç ölkə müvafiq razılığa gələrsə, ATƏT Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlığa töhfə verməyə hazırdır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Stokholmda ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı söyləyib.

“Mən, həmçinin hesab edirəm ki, Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlıq qarşılıqlı faydalı ola bilər”, – deyə Linde vurğulayıb.