ATƏT sədri Ceyhun Bayramovla regiondakı son vəziyyəti müzakirə etdibackend

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Ann Linde “Twitter”də bildirib.

Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

“Mən de-eskalasiya prosesinə davam etməyə çağırdım. Minsk Qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, – ATƏT sədri qeyd edib.

Qeyd edək ki, Ann Lindenin noyabrın 17-də Ermənistan XİN rəhbəri ilə də telefon danışığı olub.