ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani aprelin 13-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
“Yeni Gundem” xəbər verir ki, bunu B.Osmani tviterdə yazıb.
Tərəflər xüsusilə Cənubi Qafqaz regionundakı durumu müzakirə ediblər.
Qeyd edək ki, B.Osmani bölgədə səfərdədir. O, aprelin 11-də Gürcüstanda, aprelin 12-də isə Azərbaycanda olub.