Atışmada ölənlərin sayı 15-ə yüksəldibackend

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla, 15 nəfərə çatıb.

“Yeni Gundem” xəbər verir ki, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər xəsarət alıb.

Xatırladaq ki, həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.

Kreml baş verən hadisəni terror aktı kimi qiymətləndirib.