Avqustun 5-dən sonra hansı yumşalma tədbirləri olacaq? – ÜST-dən AÇIQLAMAbackend

“Yumşalma tədbirlərindən sonra yoluxmaların sayında artım oldu”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı təşkilatın missiyasının yekunlarına dair onlayn mətbuat konfransında bildirib.

“Hər kəs məndən bir təxmin istəyir, amma bu təxminlər dəqiq deyil. 5 avqustdan sonra nələr ola bilər? Mən sizə bugünədək olanları deyim. Mart ayının əvvəllərindən etibarən xüsusi karantin rejimi tətbiq edildi və yoluxma saylarında azalma müşahidə olundu. Daha sonra aprelin 27-dən yumşalma tədbirlərinə start verildi və yoluxmaların sayı kəskin artdı. Son zamanlarda isə bir növ stabilləşmə və azalma müşahidə edirik. Bu o deməkdir ki, görülən tədbirlər işə yarayır”.

“Bundan sonra nələr olacaq? Hökumətlər, həkimlər, bütün dünya yeni bir xəstəliklə qarşı-qarşıyadır. Əgər yoluxmada artım olmasa, hamımızın normal həyata qayıtma şansı ola bilər. Amma yenə də müəyyən normalar daxilində yaşamalı olacağıq.

5 avqustdan sonra Operativ Qərargah nə kimi qərarlar verəcək, onu mənim təxmin etməyim mümkün deyil. Amma yenə də, qoyulan qaydalara diqqət etsək, daha yumşaldılmış bir karantin rejimində yaşaya bilərik”, – deyə Hande Harmancı qeyd edib.