Avroliqada 1/16 finalın cütləri məlum oldubackend

Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

“Yeni Gündəm” xəbər verir ki, bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gəlməyəcək.

Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcəklər.

1/16 finalın ilk oyunları 2021-ci il fevralın 18-də, cavab görüşləri 25-də keçiriləcək.

Avropa Liqası

1/16 final

Volfsberger (Avstriya) – Tottenhem (İngiltərə)

Dinamo (Kiyev, Ukrayna) – Brügge (Belçika)

Real Sosyedad (İspaniya) – Mançester Yunayted (İngiltərə)

Benfika (Portuqaliya) – Arsenal (İngiltərə)

Srvena Zvezda (Serbiya) – Milan (İtaliya)

Antverpen (Beçlika) – Reyncers (Şotlandiya)

Slaviya (Çexiya) – Lester Siti (İngiltərə)

Zalsburq (Avstriya) – Vilyarreal (İspaniya)

Braqa (Portuqaliya) – Roma (İtaliya)

Krasnodar (Rusiya) – Dinamo (Zaqreb, Xorvatiya)

Yanq Boyz (İsveçrə) – Bayer (Almaniya)

Molde (Norveç) – Hoffenhaym (Almaniya)

Qranada (İspaniya) – Napoli (İtaliya)

Makkabi (Təl-Əviv, İsrail) – Şaxtyor (Donetsk, Ukrayna)

Lill (Fransa) – Ayaks (Niderland)

Olimpiakos (Yunanıstan) – PSV (Niderland)