Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti varbackend

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər ttaraq qərara alır:

“Azərbaycan Respublikası ilə Bolarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” 2015-ci ilin martın 4-də Sofiya şəhərində imzalanmış Birgə Bəyannamə təsdiq edilsin.

​​​​​​​​İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Bolqarıstan Respublikası, dostluq, suveren bərabərlik, qarşılıqlı etimad və müxtəlif sahələrdə maraqlarının yaxınlığına əsaslanan hərtərəfli əlaqələrinin yüksək səviyyəsini etiraf edərək, hazırki ikitərəfli münasibətlərinin əsasında dayanan tarixi əlaqələrə və məhsuldar əməkdaşlıq ənənəsinə diqqət yetirərək, 2 dekabr 1999-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyanatının, 7 oktyabr 2004-cü il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə bəyannaməsinin (və 19 sentyabr 2014-cü il) 23 sentyabr 2005-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyənnaməsinin və 19 sentyabr 2014-cü il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin Birgə Bəyənnaməsinin əhəmiyyətini qeyd edərək, Birləşmiş Millətlər təşkilatı Nizamnaməsinin və Helsinki Yekun aktının prinsiplərinə və beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin toxunulmazlığı kimi prinsiplərinə ciddi şəkildə sadiq olduqlarını təkrar edərək hüququn aliliyi, vətəndaş cəmiyyəti və yaxşı idarəçiliyin təşviqinə, Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa Şurasının prinsiplərinə uyğun olaraq sülhün, demokratiyanın,insan hüquqları və əsas azadlıqların ümumi ideyalarına sadiq olduqlarını qeyd edərək, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərə qarşı təsirli cavab tədbirlərinin işlənib hazırlanmasına birgə töhfə verməyin əhəmiyyətini vurğulayaraq uzunmüddətli əməkdaşlığı möhkəmləndirmək və ümumi fayda naminə əlaqələrini yeni sahələrə genişləndirmək onları keyfiyyətcə yeni xarakter vermək arzusunda çıxış edərək, aşağıdakıları bəyan edirlər:

1. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə və cəmiyyət arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə münasibətlərini yüksəltmək məqsədi ilə strateji tərəfdaşlığa daxil olduqlarını bununla bəyan edirlər.
2. Bu cür strateji tərəfdaşlıq aşağıdakı sahələrdəki məqsədlərə nail olmaq üçün genişləndirilmiş əməkdaşlığa ehtiva edir:
a) Siyasət İkitərəfli münasibətləri, qarşılıqlı maraq doğuran qlobal və regional məsələləri müzakirə etmək üçün xarici işlər üzrə məsul nazirlərin və ya səlahiyyətli nazir müavinlərinin həmsədirliyi ilə növbəlilik əsasında Azərbaycanda və Bolqarıstanda keçirilən və lazım olduğu təqdirdə Tərəflərin digər nümayəndələrinin də iştirak etdiyi Strateji Dialoqun təsir edilməsi; regional və beynəlxalq məsələlər üzrə dialoq və praktiki əməkdaşlığa təşviq etmək məqsədi ilə müntəzəm yüksək səviyyəli siyasi məsləhətləşmələr, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Avropa Şurasında, həmçinin Aİ, NATO ilə bağlı məsələlərdə və digər beynəlxalq və regional formlarda genişləndirilmiş əməkdaşlıq, dünyada mövcud olan münaqişələrin sülh yolu ilə həllinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normalarına, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll olunmasının əhəmiyyətinin vurğulanması çoxtərəfli forumlar da daxil olmaqla, müvafiq dostluq qruplarının dəstəyi ilə Azərbaycan və Bolqarıstan parlamentləri arasında əməkdaşlığın və mütəmadi mübadilələrinin gələcək inkişafının təşviqi;L
b) İqtisadiyyat və ticarət İkitərəfli və çoxtərəfli iqtisadi və ticari məsələlərdə ümumi maraq doğuran sahələrdə, sənaye, energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, kommnikasiyalar, turizim sahələrində əməkdaşlığın gücləndirilməsi və diversifikasiya; beynəlxalq iqtisadi və maliyyə inistitutları və formları çərçivəsində əməkdaşlığın genişləndirilməsi; bir-birinin turizim sərgilərində və yarmarkalarında iştirak da daxil olmaqla, turist axınının və hər iki ölkənin müvafiq təşkilatları arasındakı əməkdaşlığa təşviq etmək; üçüncü ölkələrdə birgə müəssisələrin təsis edilməsi imkanların araşdırılması.
c) Müdafiə və təhküsəsizlik İkitərəfli səviyyədə və sülh naminə Tərəfdaşlıq Proqramı çərçivəsində müdafiə və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi Azərbaycan Respublikası Höküməti və Bolqarıstan Respublikası Höküməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında 27 aprel 2012-ci il tarixli Sazişə daxil olmaqla müvafiq beynəlxalq sənədlər əsasında terrorizm, silahlı separatizm, ticarət və qaçaqmalçılığı qeyri-qanuni silah ticarəti, insan alveri və digər transmilli təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi.

d)
Elm, təhsil və mədəniyyət Azərbaycan Respublikası Höküməti və Bolqarıstan Respublikası Höküməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 8 aprel 2000-ci il tarixli Sazişə uyğun olaraq elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın mövcud və yeni formalarının təşviq edilməsi; hər iki ölkənin şəhərləri və bölgələri arasında xüsusi ilə də mədəniyyət və təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədi ilə təşəbbüslərin və əməkdaşlığın təşviqi.
3. Tərəflər hər bir xüsusi sahə üzrə əməkdaşlığın mahiyyəti, əhatə dairəsi və təsərrüfatları ilə bağlı razılığa gələcəklər. Bəyənnamənin həyata keçirilməsi xarici işlər üzrə məsul olan müvafiq nazirlər tərəfindən əlaqələndiriləcəkdir.
4. Tərəflər arasında strateji tərəfdaşlıq hər hansı digər dövlətə və ya dövlətlər qrupuna qarşı yönəlməyib və onların tərəfdar çıxdıqları qüvvədə olan ikitərəfli və ya çoxtərəfli beynəlxalq sazişlərdə irəli gələn hüquq və öhdəkilərinə xələl gətirmir.

Sofiya şəhərində 4 mart 2015-ci il tarixində, hər biri Azərbaycan, bolqar və ingilis dilində olmaqla, iki əsl nüsxədə imzalanmışdır.

Nəsimi rayon 19 saylı tam orta məktəb

Tarix müəlliməsi:Məmmədova Gülnarə Elbrus